Qara Qarayev: Norveç və Serbiya ilə oyunlarda uğur qazanacağımıza inanıram
23 may 2015 13:00
"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev Azərbaycan yığmasının Serbiya və Norveç ilə oyunlarına dəvət almasından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Allaha şükür ki, mənə də dəvət göndəriblər. Yığmaya hər bir dəvət mənim üçün sevinclidir. Hər iki matçda layiqli oyun gözləyirəm. Arzuladığımız nəticələrə nail olacağımıza inanıram. Yığmamıza ilk dəfə dəvət alan Pavel Paşayevə gəlincə, yəqin ki, bizə kömək edə biləcək. Qoy toplanışa gəlsin, onda tanıayıq, bilərik necə oyunçudur".