Rəşad Sadıqov: İnterlə oyunda kubokun finalını düşünürdük
23 may 2015 00:30
"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Topaz Premyer Liqasının 35-ci turunun "İnter"lə oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarşıda bizi kubokun finalı gözləyir. Biz həmin görüşü düşünürdük. Bunu oyunumuzdan da hiss etmək olardı. Çox aqressiv hərəkət edirdik. Bir saat ərzində yaxşı futbol sərgiləsək də, sonradan yorğunluq sözünü dedi".