Tərlan Əhmədov: Komandanı maksimum 7 oyunçu tərk edəcək
22 may 2015 21:30
AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının 35-ci turu çərçivəsində "Simurq"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, "təyyarəçilər"in çalışdırıcısı 5:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Cari çempionatdakı son ev oyununda qələbə qazandıq. Artıq mövsüm başa çatmaq üzrədir. Fasilə zamanı komandanı komplektləşdirməliyik. Son vaxtlar belə fikir yaranıb ki, AZAL Avropa Liqasına gedə bilər. Əgər belə bir iş bizə həvalə olunsa, o zaman planlarımızda və transfer çalışmalarımızda dəyişiklik ediləcək. Düşünürəm ki, komandanı mövsüm başa çatdıqdan sonra maksimum 7 oyunçu tərk edəcək".