Aqil Məmmədov: Oyunumuzun nəticəsi qələbə olmalı idi
22 may 2015 20:10
"Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov Topaz Premyer Liqasının 35-ci turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 2:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Yaxşı oynadıq. Azarkeşləri, futbolçuları təbrik edirəm. Düşünürəm ki, oyunumuzun nəticəsi qələbə olmalı idi. Mən rəqibin qapıçısı Tərlan Qasımzadənin oyununu qeyd etməliyəm. Daha çox qol vura bilərdik. Amma Tərlan yaxşı çıxış etdi”.