Bədavi Hüseynov: Ümid edirəm ki, Pavel Paşayev yığmamıza faydalı olacaq
"Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynov yığmamızın Serbiya və Norveçlə oyunlarına dəvət almasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Öz adını dəvət alanların sırasında görmək həmişə xoşdur. Norveçlə seçmə mərhələ oyununa ciddi hazırlaşmalıyıq. Ona görə də bu oyundan öncə yoxlama oyunu üçün ciddi rəqib seçilib. Serbiya yığmasının heyətində çoxlu tanınmış futbolçu var. Belə bir rəqiblə oynamaq çox maraqlı olacaq".
Hüseynov Ukraynanın "Metallurq" klubunun müdafiəçisi Pavel Paşayevin yığmamıza dəvət almasına da münasibət bildirib: "Onun haqqında heç nə bilmirəm, oyununu görməmişəm. Ona görə də bir söz deyə bilmərəm. Amma bir halda ki, baş məşqçi dəvət edib, deməli, buna layiqdir. Ümid edirəm ki, millimizə faydalı olacaq".