Səlahət Ağayev: Yığmaya zədə aldığıma görə dəvət almadım
22 may 2015 17:00
"İnter"in qapıçısı Səlahət Ağayev Azərbaycan yığmasına dəvət almamasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Məni niyə yığmaya dəvət etməyiblər? Üç gün əvvəl məşqlərin birində zədə almışam. Həkimlər 15 gün məşq etməməyimi məsləhət görüblər. Bu üzdən də mövsümü erkən başa vurmalı oldum. Təbii ki, yığma komandaya dəvət ala bilmədiyimə görə üzgünəm. Amma nə etmək olar?"