Qurbanov Azəraycan milli komandasına dəvət olundu
22 may 2015 16:15
Xorvatiyanın "Hayduk" klubunda çıxış edən Ruslan Qurbanov Azərbaycan yığmasına dəvət alıb. Azerisport.az xəbər verir ki, o, iyunun 7-də Avstriyada keçiriləcək Serbiya ilə yoxlama, eləcə də ayın 12-də baş tutacaq Norveçlə AÇ-2016-nın seçmə mərhələsi çərçivəsindəki oyunda iştirak edə biləcək.
Qurbanov iyunun 1-dən 13-dək millimizin düşərgəsində olacaq.