Ailə Turniri futbol festivalı başqa vaxta keçirilib
22 may 2015 15:30
AFFA və UNİCEF-in birgə təşkilatçılığı, AccessBank-ın sponsorluğu və JW Mariott Absheron Hotel Bakının tərəfdaşlığı çərçivəsində mayın 24-də keçirilməsi nəzərdə tutulan “Ailə Turniri” futbol festivalı başqa vaxta keçirilib. Azerisport.az xəbər verir ki, festivalın vaxtı barədə əlavə məlumat veriləcək.