U-17-nin Gürcüstanda toplanışı olacaq
22 may 2015 15:00
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması iyunun 8-dən 20-ə qədər Gürcüstanda təlim-məşq toplanışında olacaq. Azerisport.az xəbər verir ki, komandamız 21-27 iyun tarixlərində isə Qazaxıstanın Astana şəhərində təşkil olunacaq “Prezident kuboku” turnirində iştirak edəcək.
Yığmanın heyəti ilə bağlı əlavə məlumat veriləcək.