İnter Diniyevin Qarabağa keçməsinə icazə verdi
22 may 2015 13:15
"İnter" Coşqun Diniyevi sərbəst buraxıb. Azerisport.az xəbər verir ki, artıq klub rəhbərliyi Diniyevə qarşı heç bir maliyyə iddiasında olmadığını, eyni zamanda Coşqun da qarşı tərəfdən heç bir maliyyə iddiasının olmadığını bəyan edib.
Ona görə də gələn ayın 1-dən etibarən Coşqun Diniyev sərbəst futbolçu olaraq "Qarabağ"a keçəcək. Buna dair sənədi "İnter"in prezidenti Georgi Nikolov özü imzalayıb.