MY Yay Futbol Məktəbinə Sumqayıtdan 6 uşaq seçildi
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası “Mançester Yunayted” üçüncü Yay Futbol Məktəbinə seçimləri davam etdirir. Azerisport.az xəbər verir ki, növbəti seçim prosesi Sumqayıt şəhərində keçirilib.
Nəticələri diqqətinizə çatdırırıq:
Murad Abdullayev, Tural Axverdiyev, Nihad Xəlilli, Alı Alıyev, Ayxan Azadov, Hüseyn Yusifzadə.
Yay futbol məktəbini təşkil etməkdə əsas məqsəd paytaxt və bölgələrdə yaşayan 8-12 yaşlı uşaqlar arasında gənc istedadları aşkar etmək və onların futbol sahəsində inkişafına töhfə verməkdir.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi ilə Bakı və Azərbaycanın bir sıra regionlarında aparılan seçim turlarından müvəffəqiyyətlə keçən 8-12 yaş arası (2003, 2004, 2005, 2006 və ya 2007 təvəllüd) 32 gənc iyun ayının 1-dən 6-dək Bakıda, “Bayıl Arena” stadionunda təşkil olunacaq təlim-məşq toplanışlarında iştirak edəcək.
Seçim prosesini həyata keçirən AFFA-nın Elit Məşq layihəsinin məşqçiləri və Mançester Yunayted Futbol Məktəbinin baş məşqçisi Mick Bennett daha çox uşaqların texniki xüsusiyyətlərini sınaqdan keçirəcəklər. Seçimlərə qatılmaq üçün heç bir ödəniş tələb olunmur.
Qeyd: Növbəti seçim prosesi Bakı şəhərində olacaq. Qeydiyyat mayın 22-də, saat 16:00-da Bayıl stadionunda keçiriləcək.