Azərbaycan - Serbiya: Hakimlər müəyyənləşdi
22 may 2015 12:15
Azərbaycan və Serbiya yığma komandaları arasında keçiriləcək yoxlama matçını idarə edəcək hakimlər müəyyənləşib. Azerisport.az xəbər verir ki, sözügedən qarşılaşma iyunun 7-də Poltendə (Avstriya) baş tutacaq.
Matçı yerli hakim Xarald Lexner idarə edəcək.
Qeyd edək ki, Azərbaycan - Serbiya matçı Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.