Saşa Yunisoğlu Premyer Liqaya qayıtmağı arzulayır
Azərbaycan yığmasının və "Araz Naxçıvan"ın sabiq müdafiəçisi Saşa Yunisoğlu gələcək karyerası ilə bağlı planlarından danışıb. Azerisport.az saytına aıqlamasında o, bunları söyləyib:
"Dənizlispor"la yollarımı ayırıb, Azərbaycana qayıdandan sonra "Araz Naxçıvan"la razılığa gəldim. Amma təəssüf ki, bu komanda Premyer Liqadakı çıxışını dayandırmalı oldu. Həmin komandadakı son oyunlarımdan birində aldığım zədə qışda digər klublara keçidimə də mane oldu. Bərpa ilə məşğul idim. Artıq hər şey geridə qalıb. Hazırda həm fərqi qaydada məşq edirəm, həm də formada qalmaq üçün birinci divizionda çıxış edən "Şuşa Qarabağ"ın hazırlığına qatılıram. Bu komandanın məşqçisi mənim futbol atam sayılan Nadir Qasımovdur. Planlarım Premyer Liqada çıxış edən klublardan birinə keçməkdir. Amma başqa variantlar da var, hazırda onlara baxıram".