Yaşar Vahabzadə: Yığma komandanın baş məşqçisi Samir Ələkbərov olacaq
21 may 2015 16:40
Azərbaycanın gənclərdən ibarət yığmasının baş məşqçisi Yaşar Vahabzadə bəyan edib ki, Samir Ələkbərov onun köməkçilərindən biri olacaq. O, bunu azerisport.az saytına açıqlamasında bildirib:
"Ələkbərov mənim məşqçilər korpusumda çalışacaq. O, bacarıqlı mütəxəssisdir və bizə kömək edəcəyinə əminəm. Uğurlar arzulayıram. Böyük ehtimalla o, Azərbaycanın U-20 komandasının da baş məşqçisi olacaq. Bu barədə hələ qərar qəbul edilməyib. Amma böyük ehtimalla elə olacaq. Farer adaları ilə seçmə mərhələ matçımızın iyunun 15-dən 17-nə keçirilməsinə gəlincə, bu, bizim planlarımıza təsir etmir. Tezliklə hazırlıq planlarımızı və yoxlama oyunu keçirəcəyimiz rəqibi müəyyənləşdirəcəyik".