Azərbaycan yığmasının qapıçısı Kayzerslauterni tərk edə bilər
21 may 2015 16:20
Gənclərdən ibarət Azərbaycan yığmasının qapıçısı Tolqa Şahin Almaniyanın "Kayzerslautern" klubunu tərk edə bilər. Azerisport.az xəbər verir ki, onunla Azərbaycanın bir neçə klubu yaxından maraqlanır.
İstisna edilmir ki, Tolqa növbəti mövsümdən Topaz Premyer Liqasında çıxış etsin.