Şahin Diniyev: Coşqun Qarabağla müqavilə imzalamayıb
21 may 2015 16:00
AFFA Məşqçilər Komitəsinin üzvü, növbəti mövsümdən "Kəpəz"i çalışdıracaq Şahin Diniyev oğlu Coşqunun "Qarabağ"la müqavilə imzalaması barədə yayılan xəbərlərə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bunlar hamısı uydurmadır. Səmimi deyirəm ki, oğlum "Qarabağ"la müqavilə imzalamayıb. O, "İnter"in oyunçusudur".