Qadın məşqçilər üçün kursun 3-cü mərhələsi
21 may 2015 15:40
Mayın 18-dən etibarən Bakıda AFFA-nın təşkilatçılığı ilə qadın məşqçilər üçün UEFA-nın B kateqoriyalı məşqçi kursunun 3-cü mərhələsi keçirilir. Azerisport.az xəbər verri ki, AFFA-nın Futbol akademiyasında təşkil olunmuş məşğələlərə 21 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Patrisiya Qonzales rəhbərlik edir.
Kursun bu mərhələsinə mayın 22-də yekun vurulacaq.