Arif Əsədov: Artıq dördüncü olacağımızı bilirik
21 may 2015 13:40
"Neftçi"nin baş məşqçisi Arif Əsədov Topaz Premyer Liqasının 35-ci turu çərçivəsində "Bakı"ya qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Biz 34-cü turda oynamadıq. Komanda bu müddət ərzində istirahət etməyə də imkan tapdı. Artıq dördüncü olacağımızı bilirik. İnanmıram ki, "Qəbələ" "Bakı" ilə son turun oyununda xal itirsin. Qarşıdakı iki oyun bizim üçün "Qarabağ"la kubokun final matçımıza hazırlıq xarakteri daşıyacaq. Bu görüşlərdə qələbə ruhunu, psixoloji vəziyyəti yaxşılaşdırmağa çalışmalıyıq".