İbrahim Uzunca: Neftçiyə qalib gələcək gücdəyik
21 may 2015 13:00
"Bakı"nın baş məşqçisi İbrahim Uzunca Topaz Premyer Liqasının 35-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Növbəti mövsümü birinci divizionda keçirəcəyimizin dəqiqləşməsinə baxmayaraq, bu oyunda "Neftçi"ni məğlub etmək istəyirik. İki oyunumuz qalıb. "Neftçi"dən sonra "Qəbələ" ilə qarşılaşacağıq. Bu oyunların ən azı birindən qalib ayrılmaq istəyirik ki, mövsümü layiqli şəkildə başa vuraq. Hesab edirəm ki, bu baxımdan bakılılara qalib gələcək gücdəyik. Uşaqları da qələbəyə kökləməyə çalışıram".