Məhəmməd Qurbanov: Neftçidən təklif almışam
19 may 2015 19:00
"Sumqayıt"ın hücumçusu Məhəmməd Qurbanov "Neftçi"dən təklif aldığını bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Neftçi"dən mənə təklif gəlib. Belə bir komandadan təklif almaq təbii ki, xoşdur. Amma mənim "Sumqayıt"la müqaviləmin müddəti 2015-ci ilin sonunda başa çatacaq. Hələ bu klubun oyunçusuyam. Amma klublar arasında danışıqlar uğurlu nəticələnsə, "Neftçi"yə keçməyin əleyhinə olmaram".