Fotoreportaj|Video|На русском

Futbol

Rəşad Eyyubov: Məni heyətində görməyi daha çox arzulayan kluba keçəcəyəm

19 may 2015 17:30

"Simurq"un yarımmüdafiəçisi Rəşad Eyyubovun azerisport.az saytına müsahibəsi

- "Simurq"un əksər futbolçuları bir neçə aydır maaş almamasına etiraz edir. Hazırda klubda vəziyyət nə yerdədir?
- Rəhbərlik bizi dəstəkləyir və sakitləşdirməyə çalışır. Bizi inandırmağa çalışırlar ki, növbəti mövsümdə komandada maliyyə problemi olmayacaq, vəziyyət sabitləşəcək. Ümid edirəm ki, elə də olar.

- Artıq bəzi legionerlər komandanı tərk edib...
- Onlara ikiqat çətindir. Çünki ailələrindən kənarda yaşayırlar. Onları başa düşmək olar. Amma komandamızda yaxşı gənc futbolçular var. Son turlar onlar üçün özlərini göstərmək baxımından bir şansdır.

- Gedən əcnəbi futbolçuların bəzi ala bilmədiyi maaşına görə FİFA-ya şikayət edəcəyini bildirib. Bəs sizin belə fikriniz varmı?
- Səbəbini bilmirəm. Amma Azərbaycanda yerli futbolçularla FİFA şərtlərinə uğrun müqavilə imzalamırlar. Ona görə də mən belə şikayət edə bilmərəm. Həm də klub prezidenti ilə münasibətim yaxşıdır. Bu problemi ancaq onun özü ilə şəxsən görüşüb həll edə bilərəm.

- "Bakı" üzərində qazandığınız 4:0 hesablı qələbə ilə bağlı nə deyə bilərsiniz?
- Şəxsən mənim üçün hər bir oyun vacibdir. Qələbə qazanmağımızı çox istəyirdim. Hərdən sosial şəbəkələrdə haqqımızda yazılanları oxuyanda çox məyus oluram. Guya biz aldığımız pula layiq futbol sərgiləmirik, ancaq pulu düşünürük. Amma elə deyil. Artıq 3 aydır maaş almırıq, amma yenə də meydanda maksimum güc qoymağa çalışırıq.

- Mətbuatın yazdığına görə, "Simurq"a bundan sonra "Lukoyl" sponsorluq edəcək...
- Düzünü desəm, mənim üçün sponsorun kim olmasının fərqi yoxdur. İstəyir lap Mikki Maus olsun, amma "Simurq" yaşasın. Bu komanda dağılmamalıdır.

- Mövsümün sonunda başqa klublardan birinə keçəcəyiniz haqda deyilənlər nə dərəcədə doğrudur?
- Təkliflər var. Amma hər şeyə bundan sonra aydınlıq gələcək. Bu mövsüm 11 qol vurmuşam. Hər halda yarımmüdafiəçi üçün normal göstəricidir.

- "Qəbələ", "Qarabağ" və "Xəzər Lənkəran"ın sizi heyətinə qatmaqda daha israrlı olduğu bildirilir...
- Mətbuat çox şey yaza bilər. Onsuz da məni hansı klubların istədiyi çoxlarına məlumdur. Amma məni heyətində görməyi daha çox arzulayan kluba keçəcəyəm. Əsas odur ki, klub rəhbərliyi və baş məşqçi mənə güvənsin. Məsələn, "Simurq"dakı kimi.

- Gənclərdən qurulan heyətlə AZAL və "Xəzər Lənkəran"la oyunlardan nə gözləyirsiniz?
- Sonadək oynayacağıq. Amma nəticənin necə olacağını söyləmək bir qədər çətindir.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah