Qəbələ yığmamızın qapıçısı ilə müqavilə imzaladı
19 may 2015 14:00
"Qəbələ" yeni mövsümün transfer çalışmalarına rəsmən start verib. Azerisport.az xəbər verir ki, bölgə klubu Azərbaycan yığmasının qapıçısı Andrey Popoviçlə müqavilə imzalayıb.
Tərəflər arasındakı anlaşmanın müddəti 2 illikdir. Bu mövsüm "Sumqayıt"da çıxış edən futbolçu yeni mövsümdən "Qəbələ"nin formasını geyinəcək.