Tovuz rayonunda xatirə turniri keçirilib
6 may 2015 18:30
AFFA-nın təşkilatçılığı ilə Tovuz rayonunda futbol veteranı Vilayət Zeynalovun 80 illik yubileyinə həsr olunmuş müəssisələrarası mini-futbol turnirə yekun vurulub. Azerisport.az xəbər verir ki, AFFA əməkdaşlarının və futbol veteranlarının izlədiyi final oyununda "Ocaq" komandası turnirin qalibi olub.
Turnir başa çatdıqdan sonra AFFA-nın İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov tərəfindən yubilyara milli komandanın futbol köynəyi, qaliblərə isə tədbir iştirakçıları tərəfindən assosiasiyanın kubok, medal və xatirə hədiyyələri təqdim edilib. Sonda xatirə şəkli çəkdirilib.