Qəbələnin hazırlıq planları müəyyənləşir
6 may 2015 17:15
"Qəbələ"nin yay hazırlıq planları müəyyənləşmək üzrədir. Azerisport.az xəbər verir ki, Roman Qriqorçukun komandası iyunun 8-də bir araya gələcək.
Komanda ayın 24-dək hazırlıq keçəcək. Bölgə təmsilçisi hazırlıq üçün Türkiyənin Ərzurum şəhərinə yollanmağa hazırlaşır. Bu müddət ərzində komanda dörd yoxlama oyunu keçirəcək.
Qeyd edək ki, "Qəbələ"nin növbəti planları Avropa Liqasının püşkatmasının nəticəsindən asılı olaraq, dəyişə bilər. Avroliqanın püşkü iyunun 22-də atılacaq.