Neftçi Müşahidə Şurasının növbəti iclası keçiriləcək
6 may 2015 16:45
08.05.2015-ci il tarixində "Neftçi" PFK-nın Müşahidə Şurasının növbəti iclası keçiriləcək. Azerisport.az xəbər verir ki, klubun təlim-məşq bazasında baş tutacaq görüş saat 17:00-da başlayacaq.
İclasdan sonra Müşahidə Şurasının üzvləri Topaz Premyer Liqasının 33-cü turu çərçivəsində keçiriləcək "İnter" - "Neftçi" matçını izləmək üçün "İnter Arena"ya yollanacaqlar.