Samir Zərgərov: Qəbələnin şərtləri məni qane etdi
6 may 2015 16:30
"Simurq"un yarımmüdafiəçisi Samir Zərgərov "Qəbələ"yə transferini şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qəbələ"dən təklif aldım və hər şeyi məni qane etdi. Bir illik müqaviləyə imza atdım. Yeni müqaviləm bu mövsüm başa çatandan sonra qüvvəyə minəcək. Amma bu mövsümün sonunadək "Simurq"un heyətində çıxış edəcəyəm. Mövsümü layiqli şəkildə başa vurmaq lazımdır".