Samir Zərgərov Qəbələdə
6 may 2015 15:30
"Simurq"un yarımmüdafiəçisi Samir Zərgərov növbəti mövsümdən karyerasını "Qəbələ"də davam etdirəcək. Azerisport.az xəbər verir ki, artıq tərəflər bu transferlə bağlı razılığa gəliblər.
Futbolçunun saytımıza verdiyi məlumata görə, o, növbəti mövsümün sonunadək bu klubda çıxış edəcək.