Fariz Nəcəfov: Bir neçə futbolçu ilə danışıqlar aparırıq
6 may 2015 14:15
"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov klubun transfer planlarından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Artıq transfer işlərinə start vermişik. Maraqlandığımız futbolçular çoxdur. Onların arasında həm yerli, həm də əcnəbi futbolçular var. Bir neçə oyunçu ilə danışıqlar aparırıq. Amma hələ konkret addımlar atmamışıq. Bu barədə kiminləsə müqavilə imzaladıqdan sonra məlumat verəcəyik. Rəşad Eyyubovla Samir Zərgərova gəlincə, onların bizim maraq dairəmizə düşməsi mümkündür. Lakin onlarla müqavilə imzalamamışıq".