Qəbələ Hüseynova 2 illik müqavilə təklif etdi
6 may 2015 13:45
Azərbaycan yığmasının yarımmüdafiəçisi Cavid Hüseynovun "Qəbələ" ilə müqaviləsinin müddəti bu mövsümün sonunda başa çatır. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi mövsümün bitməsini gözləmədən futbolçu ilə yeni müqavilə barədə danışıqlara start veriblər.
Rəhbərlik ona iki illik yeni müqavilə təklif edib. Qarşıdakı günlərdə tərəflərin yeni müqaviləyə imza atması gözlənilir.