Qarabağ Cavid Tağıyevi itirdi
5 may 2015 17:45
"Qarabağ"ın yarımmüdafiəçisi Cavid Tağıyev sıradan çıxıb. Azerisport.az xəbər verir ki, gənc futbolçu Topaz Premyer Liqasının 32-ci turu çərçivəsində "Qəbələ"yə qarşı oyunun ilk yarısında zədələnərək meydanı tərk etmək məcburiyyətində qalmışdı.
Klubdan aldığımız məlumata görə, Tağıyevin zədəsi ciddidir. O, mövsümün sonunadək meydana çıxmaya bilər.