AFFA 1 kluba texniki məğlubiyyət verdi
5 may 2015 16:45
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra U-16 Liqasının bir oyunu ilə aşağıdakı qərar qəbul olunub:
“Turan Tovuz” – “Şirvan” matçında “Şirvan”ın iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.