XL rəhbərliyi futbolçuları cərimə etdi
5 may 2015 14:00
"Xəzər Lənkəran" rəhbərliyi futbolçuların cərimələnməsi barədə qərar qəbul edib. Azerisport.az xəbər verir ki, bu cərimə komandanın son turlardakı uğursuzluğuna, xüsusilə də "Bakı"ya 32-ci turdakı məğlubiyyətə görə tətbiq edilib.
Cərimələr futbolçuların maaşından tutulacaq. Amma dəqiq məbləğ açıqlanmır.