Neftçinin futbolçusu 1 oyunluq cəzalandı
5 may 2015 13:15
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyinin 32-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Simurq” – “İnter” matçında “İnter”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
“Neftçi” – “Sumqayıt” matçının 90+2-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Aleksandr Qross sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 100 manat cərimə olunub.