Roman Qriqorçuk: Andrey Popoviçlə müqavilə imzaladığımızı ilk dəfə sizdən eşidirəm
5 may 2015 12:30
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk "Sumqayıt"ın qapıçısı Andrey Popoviçi transfer etdikləri barədə xəbərlərə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Biz Andrey Popoviçlə müqavilə imzalamışıq? Bunu ilk dəfə sizdən eşidirəm. Məndə onun komandamıza keçdiyinə, müqavilə imzalandığına dair heç bir məlumat yoxdur".
Lakin klubdan aldığımız məlumata görə, tərəflər razılığa gəliblər, sadəcə, müqavilə imzalanmayıb.