Məşqçilərimiz kursda iştirak edir
5 may 2015 11:45
Almaniya Futbol İttifaqının (DFB) təşkilatçılığı ilə Köln şəhərində məşqçilər üçün kurs keçirilir. Azerisport.az xəbər verir ki, DFB-nin dəvətinə əsasən, Azərbaycan milli komandasının məşqçisi Elxan Abdullayev və 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Yaşar Vahabzadə kursda iştirak edir. Kurs mayın 10-da başa çatacaq.