Çingiz Abdullayev: Final matçına mükafat elan etmişəm
5 may 2015 11:00
"Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev bəyan edib ki, klub tədricən futbolçulara olan borcları geri qaytarır. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mən Azərbaycan Kubokunun finalında "Qarabağ"a qarşı keçirəcəyimiz oyun üçün mükafat elan etmişəm. Məbləği deməyəcəyəm. Bizim maliyyə vəziyyətimiz yaxşı olacaq. Borclar da ödənilir. Artıq mart ayının pulu oyunçulara verilib".