Subaşiç üçün 35 dəqiqə
5 may 2015 00:35
Türkiyə PTT 1-ci liqasında 31-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin komandası - "Manisaspor" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Bucaspor"la qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb. Subaşiç görüşün 55-ci dəqiqəsində meydana çıxıb.
Qeyd edək ki, "Manisaspor" hazırda 30 xalla 15-ci pillədə qərarlaşıb.