Ufuk Budaq darmadağına üzüldü
5 may 2015 00:10
Türkiyə PTT 1-ci liqasında 31-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq müdafiəçisi Ufuk Budağın komandası - "Qaziantep BB" də növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Altınordu" ilə qarşılaşıb. Matç futbolçumuzun komandasının 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan Ufuk sonadək mübarizə aparıb.
Qeyd edək ki, "Qaziantep BB" hazırda 40 xalla 11-ci pillədə qərarlaşıb.