Çingiz Abdullayev: Hakim Nikolas Kanalesi meydandan qovmamalı idi
4 may 2015 19:15
"Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev Topaz Premyer Liqasının 32-ci turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyundan danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hesab edirəm ki, hakim Nikolas Kanalesi meydandan qovmamalı idi. O, təmiz oyun epizodu idi, futbolçular bir-birinə qarşı mübarizə aparırdılar. Komandamız ikinci hissəni bütövlükdə azlıqda keçirsə də, heç-heçəyə nail olmağı bacardı".