Aleksandr Çertoqanov: Bizə tələskənlik mane oldu
"Sumqayıt"ın yarımmüdafiəçisi Aleksandr Çertoqanovun azerisport.az saytına müsahibəsi
- "Neftçi"yə qarşı keçirdiyiniz oyunla bağlı nə deyə bilərsiniz?
- Birinci hissədə yaxşı oynadıq. Baş məşqçinin dediyi kimi, kompakt oynadıq. Müdafiədən tez çıxmağa, rəqibi əks-hücumlarda yaxalamağa çalışırdıq. Rəqib də azlıqda qaldı. Amma mənə elə gəlir ki, biz çox tələsdik və bu tələskənliyin nəticəsi olaraq, xal itirdik.
- Qələbə qazana bilməyəcəyinizi nə vaxt başa düşdünüz?
- Demək çətindir. Hətta hesab 2:2 olandan sonra da rəqib qapısına yol tapmaq şansımız var idi. Tələskənlik mane oldu.
- Yəqin ki, azlıqda qalan komandaya qalib gələ bilməmək sizə pis təsir etdi...
- Daha üzücü olan hesabda öndə olduğumuz qarşılaşmada qələbəni əldən verməyimiz və bu qələbə üçün əlimizdən gələni etməyimiz oldu. Amma bu mövsüm belə oyunlarımız çox olub. Səhv buraxırıq, xal itiririk və ya uduzuruq.
- Siz az qala "Sumqayıt"ın oynayan məşqçisi təsiri bağışlayırsınız. Bu, belədir?
- "Sumqayıt"da çox şeyə qərar verdiyimi düşünmürəm. Sadəcə, oyunun gedişində uşaqlara kömək etməyə çalışıram. Bütün tapşırıqları isə baş məşqçi verir.
- Sizə elə gəlmir ki, "Neftçi" hazırda zəifləyib?
- Bunun müvəqqəti olduğunu düşünürəm.
- Qarşıdakı "Qəbələ" ilə oyundan nə gözləyirsiniz?
- Roman Qriqorçukun gəlişindən sonra çox şey dəyişib. Amma bu komandaya qarşı oynamaq mənim xoşuma gəlir. Çünki orada çox yaxşı mövsüm keçirmişəm.
- Bu komandanın 9 oyundur uduzmaması sizi qorxutmur?
- Rəqibdən qorxmaq lazım deyil. Sadəcə, öz oyunumuzu sərgiləməliyik.