Fərcad-Azad: Prosineçkidən dəvət gözləmirəm
4 may 2015 16:00
"Sumqayıt"ın yarımmüdafiəçisi Pərdis Fərcad-Azad bəyan edib ki, klub rəhbərliyi tərəfindən cəzalanması onun xeyrinə olub. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Tədricən əvvəlki formama qayıdıram. Fikrimcə, zamanla daha da yaxşı olacağam. "Neftçi" ilə oyunda qələbə qolunu vura bilərdim, amma bəxtim gətirmədi. Birinci hissədə "Neftçi"dən daha yaxşı oynadıq. Amma sonradan bir qədər arxayınlaşdıq. Bilirdik ki, arxayınlaşmaq olmaz. Sadəcə, alınmadı.
Yığma komandaya qayıtmağı çox istəyirəm. Amma baş məşqçi Robert Prosineçkidən dəvət gözləmirəm. Klubumdakı çıxışıma başım qarışıb. Bilirəm ki, yığmaya dəvət almağım da məhz klubumdakı çıxışımdan asılıdır".