Pavel Doroşev: Neftçidəki taleyimə mövsümün sonunda aydınlıq gələcək
4 may 2015 14:45
"Neftçi"nin oynayan məşqçisi Pavel Doroşev Dmitri Kramarenkonun təyinatından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mövsümün sonunda mənim klubla müqaviləmin müddəti başa çatacaq. Hələ necə olacağını bilmirəm. Çünki məşqçiliklə yanaşı, mən həm də burada futbolçuyam. Kramarenkoya gəlincə, o, əfsanədir və məşqçi kimi də böyük təcrübəyə malikdir. Mənim klubdakı aqibətimin necə olacağına mövsümün sonunda aydınlıq gələcək. Dima ilə yaxşı münasibətim var. Onun məsləhətlərinə qulaq asıram".