Maksim Medvedev: Pavel Paşayevin məni tanımamasında problem görmürəm
4 may 2015 14:00
"Qarabağ"ın müdafiəçisi Maksim Medvedev millimizdə oynamağı arzulayan Ukraynanın "Metallurq" klubunun futbolçusu Pavel Paşayevin onu tanımaması barədə dediklərinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Onun sözlərindən xəbərim var. Amma burada heç bir problem görmürəm. Allah eləsin ki, onun sənəd işləri həllini tapsın və yığmamıza gəlsin, tanış olaq. Paşayev kimi güclü futbolçunun yığmamıza gəlməsinə çox sevinərdim. Bizim hamımıza güclü rəqabət lazımdır".