U-19 qızlar Liqasının qalibləri mükafatlandırıldı
4 may 2015 13:30
"Bayıl Arena"da AFFA-nın təşkil etdiyi U-19 qızlar Liqasının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, tədbirdə 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Siyasət Əsgərov, 21 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Patrisiya Qonzales, Təhsil İdman Məktəbinin direktoru Pirəli Rəhimov və Real SD komandasının rəhbəri Mehkan Kərimov iştirak ediblər.
Xatırladaq ki, U-19 qızlar Liqasının qalibi Real SD komandası olub. 2-ci yeri Zaqatala, üçüncü pilləni isə Sumqayıt komandası tutub. Liqanın ən yaxşı futbolçusu Aysun Əliyeva (Real SD) seçilib, bombardir isə Zaqatala komandasının üzvü Sevinc Cəfərzadə olub.