Ruslan Qurbanov Haydukun heyətində yer almadı
4 may 2015 01:25
Xorvatiya çempionatında 32-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ruslan Qurbanovun komandası - "Hayduk" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Zadar"la qarşılaşıb. Matç Split təmsilçisinin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Qurbanov bu görüşün iştirakçısı olmayıb.
Qeyd edək ki, "Hayduk" hazırda 43 xalla üçüncü pillədə qərarlaşıb.