İsrafilovun komandası səfər oyunundan qələbə ilə qayıtdı
4 may 2015 01:05
İspaniya La Liqasında 35-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Qranada" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Xetafe" ilə qarşılaşıb. Matç futbolçumuzun komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb. Eddi isə zədə səbəbindən bu görüşdə forma geyməyib.
Qeyd edək ki, "Qranada" hazırda 28 xalla 19-cu pillədə qərarlaşıb.