Dmitri Nazarov 45 dəqiqə oynadı
4 may 2015 00:25
Almaniya ikinci Bundesliqasında 31-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının üzvü Dmitri Nazarovun komandası - "Karlsrue" də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Ersgebirge Aue" ilə qarşılaşıb. Matç futbolçumuzun komandasının 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan Dmitri fasilədə əvəzlənib. O, 21-ci dəqiqədə sarı vərəqə almaqla yadda qalıb.
Qeyd edək ki, "Karlsrue" hazırda 52 xalla 4-cü pillədə qərarlaşıb.