Kayserispor Kamran Ağayevin yoxluğunda qol buraxmadı
3 may 2015 20:45
Türkiyə PTT 1-ci liqasında 31-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Kamran Ağayevin komandası - "Kayserispor" da növbəti matçına çıxıb.
Sözügedən komanda öz meydanında "Antalyaspor"la qarşılaşıb. Görüşdə hesab açılmayıb - 0:0. Zədəli olan Kamran bu görüşdə forma şansı qazanmayıb.
Qeyd edək ki, "Kayserispor" hazırda 63 xalla birinci pillədə qərarlaşıb.