Rail Məlikov Dənizlisporun böyük hesablı qələbəsini kənardan izlədi
3 may 2015 20:30
Türkiyə PTT 1-ci liqasında 31-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Rail Məlikovun komandası - "Dənizlispor" da növbəti matçına çıxıb.
Sözügedən komanda öz meydanında "Orduspor"la qarşılaşıb. Görüş futbolçumuzun klubunun 5:1 hesablı qələbəsi ilə başa çatıb. Məlikov matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, "Dənizlispor" hazırda 27 xalla 17-ci pillədə qərarlaşıb.