Cavadov İmamverdiyevin klubuna qarşı 10 dəqiqə oynadı
3 may 2015 20:15
Türkiyə PTT 1-ci liqasında 31-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadovun komandası - "Boluspor" da növbəti matçına çıxıb.
Sözügedən komanda öz meydanında digər azərbaycanlı futbolçu Cavid İmamverdiyevin klubu - "Elazığspor"la qarşılaşıb. Görüşdə hesab açılmayıb - 0:0. Cavidin adı bu görüşün iştirak ərizəsinə daxil edilməyib. Vaqif isə 80-ci dəqiqədə meydana çıxıb.
Qeyd edək ki, "Boluspor" hazırda 37 xalla 13-cü, "Elazığspor" isə 39 xalla 12-ci pillədə qərarlaşıb.